Xəzər Xəbər

Bu gün Yasamalda su olmayacaq

Cəmiyyət | 10:12 • 18 Oktyabr 2018
Bu gün Yasamalda su olmayacaq
Bu gün Bakının Yasamal rayonuna içməli suyun verilişində məhdudiyyətlər olacaq.


"Azərsu" ASC-dən XəzərXəbər-ə verilən məlumata görə, rayonun ərazisindən keçən magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar gün ərzində Yeni Yasamal yaşayış massivinin bir hissəsində su kəsiləcək.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu” abunəçilərdən üzr istəyir.

Xəbər lenti