Xəzər Xəbər

Bakıda ər ona viski almayan arvadını gecə yarısı döyüb evdən qovdu - FOTO

Cəmiyyət | 13:56 • 15 Oktyabr 2018
Bakıda ər ona viski almayan arvadını gecə yarısı döyüb evdən qovdu -

Bakıda qadına qarşı daha bir ailə məişət zorakılığı yaşanıb.


Səmayə Xəlilova (ad və soyad şərtidir) həyat yoldaşı tərəfindən döyülərək küçəyə atılıb.


Ailə münaqişəsinin yaranmasına səbəb ərin içki düşkünü olmasıdır.


Belə ki, Kamran Xəlilov (ad və soyad şərtidir) xadimə işləyən Səmayədən qazandığı 75 manata ona viski almağı tələb edib. Qadın o pulu uşaqlarının təhsili üçün yığdığını deyərək ərinə etiraz edib.


Arvadının rədd cavabından qəzəblənən ər onu döyüb və gecə yarısı evdən qovub.


Fiziki və mənəvi təcavüzə məruz qalan iki uşaq anası "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin Sığınacağına pənah aparıb.


"Təmiz Dünya" İB-nin sədri Mehriban Zeynalova Səmayənin Sığınacağa ilk gəlişi olmadığını deyir: "Bundan əvvəl də sığınacaqda uşaqları ilə birlikdə qalıb. Əri 2 dəfə içki içməyəcəyini söz verərək, qadını inandırıb və evə aparıb". (BAKU.WS)

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti