Xəzər Xəbər

Stressdən xilas olmağın YOLLARI

Cəmiyyət | 13:52 • 14 Oktyabr 2018
Stressdən xilas olmağın

Bildiyimiz kimi hazırki həyat şəraiti insanlar üçün çox stressli və çətindir. Demək olar ki, həyatımızın hər anında stresslə üz-üzə qalırıq: səhər işə gedərkən yollarda tıxac yaranıbsa, iş yerində hər kəs gərgindirsə, borclar çoxalırsa, uşaqların istəkləri bitmirsə və s. buna bənzər bir çox misallar çəkmək olar.

Bu stressli həyat şəraitinin nəticəsində bir çox psixoloji və fizioloji xəstəliklər durmadan çoxalır. Ancaq bu problemlərin çoxluğu o demək deyil ki, biz stressə məhkum yaşamalıyıq. Bəs onda insanlar stressli həyat şəraiti ilə necə başa çıxmalıdırlar və yaxud biz həyat şəraitimizi dəyişə bilmiriksə, bu stresslə yaşamağı necə öyrənməliyik. Gün ərzində stressimizi atmaq üçün bir neçə yoldan istifadə edə bilərik.

Bunlar aşağıdakılardır:

1. Hər hansı bir idman növü ilə məşğul olmaq. Məs: futbol oynayan insanların evə gəldikdə hər zamankindən daha rahat göründükləri ailə üzvləri tərəfindən diqqəti cəlb edib. Buna səbəb oyun vaxtı onların qışqırmağı, diqqətlərinin oyuna yönəlməyi və qısa müddət də olsa, öz problemlərindən uzaqlaşmaqlarıdır.

2. Parkda oturmaq da stress atmaq üçün bir yol ola bilər. Siz gün ərzində 10-15 dəqiqə parkda oturub quşları, parkda əylənən uşaqları izləməklə beyninizin rahatlamasına və gərginliyinizin atılmasına köməklik göstərə bilərsiniz.

3. Bundan əlavə, evdə ritmik bir musiqiyə qulaq asmaq, mahnı oxumaq, gülməli bir verlişə və yaxud filmə baxmaq da sizin stressinizi azaldacaq.

4. Bəzən insan güclü stress vaxtı nəisə atmaq, qırmaq və yaxud dağıtmaq ehtiyacı duyur. Bunun əvəzinə həmin vaxt dərindən nəfəs almaq və yaxud yerinizdə sürətli qaçma hərəkəti etmək gərginliyinizi çıxarmağınıza kömək edə bilər.

Siz də bu yuxarıda sadaladıqlarımızı etməklə gün ərzində stressinizi azalda bilərsiniz.

Xəbər lenti