Xəzər Xəbər

Manikur etmək dəri xərçənginə səbəb olurmuş

Cəmiyyət | 16:44 • 24 Sentyabr 2018
Manikur etmək dəri xərçənginə səbəb olurmuş

Son illər gözəllik industriyası öz zirvəsindədir. Xüsusən də qadınlar zahiri görkəmlərinə qarşı olduqca həssas yanaşırlar. Dəri qulluğu, saçlar, dırnaqlar xüsusilə diqqət mərkəzində olur.

Bu gün qadınların istifadə etdikləri gel lak sağlamlıq üçün çox zərərlidir. Hətta dəri xərçənginə səbəb olur.

Nyu York Tibb Universitetinin professoru Kris Adihan uzun araşdırmalardan sonra bu qənaətə gəlib ki, gel lakı qurudan lampalar dərini zədələyə və xərçəngə səbəb ola bilər.

Xüsusən də açıq rəngli dərilərdə bu hal qaçınmazdır. Günəş altında uğursuz qaralma da təhlükəyə yol aça bilər. Bu baxımdan manikur xidmətlərindən yararlanan qadınlar tez-tez gün əleyhinə kremlər istifadə etməlidirlər./publika.az

Xəbər lenti