Azərbaycan
Respublikası ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin
qeydiyyatı şənbə və bazar günləri daxil olmaqla avqustun 28-dək
aparılacaq.
Bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.
Qeyd
olunub ki, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər avqustun
28‑dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə
qeydiyyatdan keçməlidirlər. Dövlət İmtahan Mərkəzinin Direktorlar
Şurasının qərarına əsasən, 22-23 avqust 2018-ci il tarixlərinin qeyri-iş
günləri olduğu nəzərə alınaraq, bakalavriat səviyyəsinə qəbul olan
abituriyentlərin qeydiyyatını aparan komissiyaların 25-26 avqust (şənbə
və bazar günləri) tarixlərində də fəaliyyət göstərməsi təmin
ediləcəkdir.
Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.
Abituriyentin
bu müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun
yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi
qiymətləndirilir.