Bu gün Bakıda və
Abşeron yarımadasında səhər yarımadanın bəzi yerlərində qısamüddətli az
yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-şərq küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 15-18, gündüz 25-30, Bakıda
gecə 16-18, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir. Atmosfer
təzyiqi norma daxilində 761 civə sütunu, nisbi rütubət gecə 70-80,
gündüz 50-60 faiz təşkil edəcək.
Abşeron çimərliklərində mayın 22-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran,
Bilgəh, Zaqulba) mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu
19-20 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan,
Sahil, Şıx) mülayim cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu
20-21 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
ayrı-ayrı yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi qərb
rayonlarında leysan xarakterli olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 14-19, gündüz 28-33, dağlarda gecə 8-13,
gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.