Xəzər Xəbər

Azərbaycanda aprel tarixçəsi: 32 dərəcə isti, -4 dərəcə şaxta… – Direktor

Cəmiyyət | 15:28 • 20 Aprel 2018
Azərbaycanda aprel tarixçəsi:

Havanın belə dəyişkən olması bu ay üçün xarakterikdir.

Bunu Teleqraf.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, qeyri-sabit hava şəraiti aprelin 23-nə kimi davam edəcək:

"Bu ay temperatur əsasən yüksək olub, bəzi günlər yayığıntılı və şimal küləyinin güclənməsi ilə keçib, temepratur bir qədər aşağı düşüb. Bu, aprel üçün xarakterikdir. Aprelin 23-25-i arası ölkə ərazisində temperatur yenidən yüksələcək”.

Direktor bildirib ki, bəzi illərdə aprel ayında havanın yüksək və anomal temperatur göstəriciləri olub:

"Respublika ərazisində aprel ayında ən yüksək temperatur 1998-ci ildə müşahidə edilib. Həmin il aprelin 14 və 24-də havanın temperaturu rekord həddə çatıb. Bakıda 31.5, Naxçıvan Muxtar Respublikası və Aran bölgəsində 36-38 dərəcə isti müşahidə olunub.

2012-ci ilin aprel ayında Bakıda 1998-ci ildə müşahidə olunan rekord göstərici təkrarlanıb. Ən isti aprel ayları 1951, 1975, 2000-ci illərdə qeydə alınıb”.

Gülşad Məmmədova qeyd edib ki, Azərbaycan ərazisində aprel ayında anomal soyuq hava temperaturu 1954, 1987-ci ildə qeydə alınıb:

"Ən soyuq aprel ayı 1911-ci ildə qeydə alınıb. Bu zaman Bakıda havanın minimal temperaturu 4 dərəcə şaxta təşkil edib”.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti