Xəzər Xəbər

“Koroğlu” metrosunun "piramida"sı bağlanır

Cəmiyyət | 15:14 • 19 Aprel 2018
“Koroğlu” metrosunun "piramida"sı bağlanır
Aparılacaq təmir işləri ilə əlaqədar "Bakı Metropoliteni" QSC-nin "Koroğlu” stansiyasının "piramida" adlandırılan giriş-çıxışı aprelin 21-dən müvəqqəti olaraq bağlanacaq.


XəzərXəbər quruma istinadən xəbər verir ki, stansiyanın digər bütün giriş-çıxışları ("Alov" parkı, Nəqliyyat Mübadilə Mərkəzi, Milli Gimnastika Arenası, avtomobil dayanacağı, şəhərətrafı kənd və qəsəbələrə hərəkət edən elektrik qatarları istiqamətində) açıq olacaq.

Xəbər lenti