Xəzər Xəbər

Sabah hava NECƏ OLACAQ?

Cəmiyyət | 12:19 • 21 Mart 2018
Sabah hava

Azərbaycanda martın 22-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 11-16, Bakıda gecə 6-8, gündüz 14-16 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 19-24, dağlarda gecə 2-5, gündüz 12-17 dərəcə isti olacaq.

Xəbər lenti