Xəzər Xəbər

Çaylarda su sürətlə artır

Cəmiyyət | 13:18 • 23 Fevral 2018
Çaylarda su sürətlə artır

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-160, Kiçik Qafqazın çaylarında 170-200, Lənkəran-Astara bölgəsi çaylarında 100-120, Naxçıvan MR çaylarında isə 150 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, fevralın 23-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 190 m3/s olmaqla ongünlük normanın 98 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 108 m3/s olmaqla ongünlük normanın 56 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 64 m3/s olmaqla, ongünlük normanın 84 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 67 m3/s təşkil edərək ongünlük normanın 88 faizinə bərabər olub.

Fevralın 23-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 5, Şirvanda 14, Salyanda 16, Bankədə 17, Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsində 24 sm artım müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 409 sm (2017-ci il fevralın 23-də 466 sm), Şirvanda 293 sm (2017-ci il fevralın 23-də 365 sm), Salyanda 241 sm (2017-ci il fevralın 23-də 325 sm), Bankədə 213 sm (2017-ci il fevralın 23-də 240 sm), Araz çayının Novruzlu məntəqəsində isə 140 sm (2017-ci il fevralın 23-də 188 sm) təşkil edir.


Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti