Binəqədi şosesində bu gecədən etibarən hərəkət bərpa olunur.
"Azəravtoyol” ASC-dən XəzərXəbər-ə verilən məlumata görə, yol boyu tikinti işlərinin əsas hissəsi yekunlaşıb.
Bundan sonra təmir-tikinti işləri hərəkət tam dayandırılmadan, hissə-hissə məhdudlaşdırma tətbiq olunmaqla davam etdiriləcək.