Xəzər Xəbər

Növbəti hərracda yüksək qiymətə satıldı

Cəmiyyət | 12:27 • 14 Noyabr 2017
Növbəti hərracda yüksək qiymətə satıldı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün növbəti hərrac keçirilib.

Komitədən XəzərXəbər-ə verilən məlumata görə, hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri Masallı və Daşkəsən şəhərlərində yerləşir.

Həmin kiçik dövlət müəssisələri xidmət və kənd təsərrüfatı sahələrində əlverişli hesab edilir. Masallıda yerləşən ümumi faydalı sahəsi 558,5 kv.m olan obyekt xidmət sahəsinə aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir. Daşkəsəndə yerləşən Lüləli mal-qara qəbulu məntəqəsi də sahibi üçün qazanclı obyektdir. Əmlakın ümumi faydalı sahəsi 636,7 kv.m təşkil edir. Torpaq sahəsi isə 58 min 408 kv.m-dir.

Qeyd edilməlidir ki, hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahələri ilə birgə özəlləşdirilir. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlb ediciliyini yüksəltməklə daha çox investor marağını artırır.

Hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Səbail rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 600 kv.m təşkil edir.

Prosesdə müxtəlif markalı nəqliyyat vasitələri sahibini tapıb. Özəlləşən nəqliyyat vasitələrindən Avropa istehsalı olan avtomobillər üstünlük təşkil edib. Bunlara BMW 320, Fiat Doblo, Tofaş Şahin kimi avtomobilləri qeyd etmək olar. Həmin maşınların buraxılış tarixi isə 2004-2006-cı illəri əhatə edir.

Hərracda səhmdar cəmiyyətinin səhm paketi də özəlləşdirilib. Tərtər Konserv Açıq Səhmdar Cəmiyyətinin 30% səhm paketi sahibini tapıb.

Komitə tərəfindən növbəti hərrac noyabrın 21-də keçiriləcək.


Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti