Xəzər Xəbər

Pərdə və jalüzlü avtomobil sahiblərinin nəzərinə: Sabah son gündür

Cəmiyyət | 11:12 • 14 Noyabr 2017
Pərdə və jalüzlü avtomobil sahiblərinin nəzərinə:

Noyabrın 16-dan etibarən avtomobillərdə pərdə və jalüzlərdən istifadə üçün icazə müddəti başa çatır.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təyin etdiyi normaya, eləcə də "Yol hərəkəti haqqında" qanuna edilən 1 saylı əlavənin tələbinə əsasən, nəqliyyat vasitəsinin şüşələrinə görünüşü məhdudlaşdıran, şəffaflığı korlayan pərdə, plyonka və digər qurğuların quraşdırılaraq istismarı yolverilməzdir.

Dövlət Komitəsinin qəbul etdiyi qərara əsasən, hər il mayın 1-dən noyabrın 15-dək Azərbaycanda nəqliyyat vasitələrinin arxa yan qapı şüşələrinə standarta uyğun sənaye üsulu ilə hazırlanmış jalüzlərin vurulmasına icazə verilib.

Sürücülər icazə müddətinin başa çatmasını nəzərə almalıdır. Bununla bağlı İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətaya görə sürücülər və avtomobil sahibləri 150 manat məbləğində cərimə olunurlar./trend

Xəbər lenti

Çox oxunanlar