Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik.
Qoç-səhər saatları yetərincə maraqlı olacaq. Fəaliyyət sahəsini və
ya istiqamətini özünüz seçə bilərsiniz. Maraqlı olaylar gözlənilir.
İdeyalarınızı reallaşdırmaq üçün münasib zamandır.
Günün ikinci yarısında sərbəst hərəkət edin. Yaxınlarınız və dəyər
verdiyiniz insanların maraqlarının təminatı üçün bəzi planları təxirə
salmaq olar.
Tərəfdaşlarla, şəriklərlə münasibətlərin daha səmimi olmasına can atın.
Buğa- diqqətli, sayıq olun. Rəqiblər sizi üstələməyə çalışacaqlar.
Fəaliyyət müstəvisindəki situasiyanı diqqətlə izləyin. Yeni tapşırıqlar
və sifarişlər ala bilərsiniz. Səfər, səyahət, ezamiyyət istisna deyil.
Günün ikinci yarısında iş tempini aşağı salmayın. Belədə zəhmətiniz
bəhrəsiniverəcək. Qarşı tərəfin maraq və mənafelərininəzərə alsanız,
kollektiv fəaliyyət uğurlu olacaq.
Axşam saatlarında normal istirahət edin.
Əkizlər- həddən artıq aktiv olmayın. Hiperaktivlik işlərin
zərərinədir. Qarşınıza qoyduğunuz məqsədə qarşı daha sürətlə irəliləmək
istəyirsinizsə, hədəfləri təftiş edin. Genişmiqyaslı layihələrin
reallaşdırılması üçün münasib zamandır.
Günün ikinci yarısında bir qədər istirahət etmək olar. Yeni təkliflər
səslənərsə, bir qədər düşünəndən sonra razılaşmaq olar. Problemlərin
həllində kreativ olun. Peşəkar bilik və bacarıqlarınızı artırın.
İmkan varsa, çətin vəziyyətdəki qohum və yaxınlarınıza kömək edin.
Xərçəng- tələsik addımlar atmayın, düşünülməmiş qərarlar verməyin.
Peşəkar fəaliyyət sahəsində yarana biləcək problemlərin həllində
yaradıcı davranış sərgiləyin.
Pozitiv olun. Ruhdan düşməyin.
Günün ikinci yarısında cari çətinliklərin öhdəsindən daha sürətlə gələ
bilərsiniz. Tapşırıqları vaxtında yerinə yetirin. Yaxınlarınızdan biri
ilə axşam saatlarında görüş yaxşı nəticələr verə bilər.
Normal istirahət edin.
Şir- ciddi işlər və ya önəmli görüşü təxirə salmayın. Mürəkkəb gün olsa da, təmkinli davranın, soyuqqanlı olun. Günün ilk yarısında maliyyə məsələlərinin həlli ilə məşğul olmaq mümkündür. Gördüyünüz işin perspektivlərini tərəfdaş və ya əməkdaşla müzakirə edə bilərsiniz.
Maraqlandığınız işlə məşğul olun.
Günün ikinci yarısında mənfi təmayüllərin təsiri güclənəcək. Ehtiyatlı və sərvaxt olun. Yaşlı qohumlarla fikir ayrılığı istisna deyil. Adi günlərdən fərqli olaraq pul və ya maliyyə məsələləri ilə bağlı fikir ayrılıqları ciddiləşəcək.
Qız- qarşılıqlı münasibətlərdəki anlaşılmazlıq inciklik və iradlar
yarada bilər. Öhdəlikləri qulaqardına vurmayın. Diqqətli olun, səliqəli
davranın. Evdəki situasiya nəzarətdən çıxmamalıdır.
Günün ikinci yarısında hövsələsiz olsanız, yeni problemlər yaranacaq.
Dəyər verdiyiniz insanların mövqelərini mütləq şəkildə nəzərə alın.
Müştəbeh, xudpəsənd insan təsiri bağışlamayın.
Yaxın ətrafınızdakı insanlarla münasibətləriniz nə qədər yaxşı olarsa, məqsədlərə o qədər tez çatarsınız.
Axşam saatları romantika vəd etmir.
Tərəzi- ən sadə və ilk baxışdan asan təsir bağışlayan məqsədə çatmaq üçün ciddi səy göstərməli olacaqsınız.
Bu, sizi yetərincə qıcıqlandıracaq. Lakin emosiyaların qurbanına
çevrilməyin, mühüm işi yerinə yetirməyə başlayın, irəliləməyə, hədəfə
çatmağa çalışın.
Səfər üçün pis gün deyil.
Əqrəb- enerji tonusunuza diqqət verin. Təhlükəli gərginliyin
yarandığını hiss etdiyniz məkanda ehtiyatlı olun. Xroniki problem
ciddiləşə bilər. Problematik situasiyanı sürətləndirən və dərinləşdirən
amillər sizin üçün siqnal olmalıdır.
Cari işlərdə diqqətli davranın. Təzyiq, ifrat tələbkarlıq, mübahisələr, fəaliyyət obyektinin dəyişdirilməsinin vaxtı deyil.
Evdə təmir aparırsınızsa, bir qədər fasilə verin.
Kompüterin apqreydi, yoxlanılmamış mənbələrdən informasiya köçürülməsi üçün əlverişli vaxt deyil.
Oxatan- böyük maliyyə xərcləri tələb edən planlar var. Gəlir
mənbələrini gücləndirmək və artırmağın yollarını düşünün. İşinizi
effektiv edin, daha az vaxt sərf edərək daha çox iş görməyi düşünün.
Stresslər az olmayacaq. Lakin onların neqativ və pozitiv məziyyətləri də var.
Axşam saatlarında elə istirahət edin ki, sərf olunmuş qüvvənizi bərpa
edərək daxili müvazinət hissinin yaranmasına nail olasınız.
Ev işləri ilə məşğul olun, iş yerində qayda yaradın. Romantik maraqlar
bu gün arxa planda olmalıdır. Sizə ehtiyacı olan insanlara və işlərə
diqqət ayırmağa çalışın.
Oğlaq- avantürizmə qapılmayın. Mənasız risklər uğur gətirməyəcək.
Bununla yanaşı, təşəbbüskar olun. Karyeranızda irəliləyişlər
istəyirsinizsə, aktiv olun.
Yaradıcılıq fəaliyyəti üçün yaxşı zamandır.
Günün ikinci yarısında dəyişikliklərə və yeniliklərə ehtiyac var.
Qarşıya qoyulmuş məqsədə doğru iradə, qətiyyətlə irəliləyin. Astagəllik,
süstlük yolverilməzdir.
Praqmat olun, hisslərə qapılmayın.
Axşam saatlarını dostlarla keçirin.
Dolça- arxa planda qalsanız, vurnuxmayın, irəli atılmayın. Eqoizm
zamanı deyil. Ambisioz davranış planları alt-üst edə bilər. Fikir, mövqe
və məsləhətləri nəzərə alın.
Günün ikinci yarısında kollektiv fəaliyyətin nüanslarını aydınlaşdırın.
Yardım etmək istədiyiniz insanın qeyri-adekvat davranışı sizi
sinirləndirməsin.
Böyük işə başlamaq fikriniz varsa, etibar etdiyiniz insanın
yardımlarından istifadə edin. Belədə problemi qısa zamanda həll edə
bilərsiniz.
Balıqlar- mövcud situasiyaya alışmağa çalışın. İş şəraiti o qədər də
pis deyil. Yeni tapşırıq, layihə və ya sifarişlə bağlı razılıq
verməzdən əvvəl detallarla tanış olun. Yaxın ətrafınızdakı insanlarla
mübahisə etməyin.
Günün ikinci yarısında müstəqil fəaliyyətə üstünlük verin. Rəqibləri
geridə qoymaq istəyirsinizsə, sayıq olun. Hərdəmxəyal insanlardan uzaq
durun.
Axşam saatlarında ailəvi istirahəti seçin.
Milli.Az