Xəzər Xəbər

Qobustanda COVİD-19 xəstələri saxlanıldı

Cəmiyyət | 16:17 • 3 Dekabr 2020
Qobustanda COVİD-19 xəstələri saxlanıldı

Qobustan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində xidmət aparan zaman iki koronavirus xəstəsinin karantin qaydalarını pozduqlarını aşkarlayıblar.


DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Qobustan şəhər sakini Faiq Səlimova və rayonun Bədəlli kənd sakini Vahid Bəndəliyevə COVID-19 testlərinin nəticəsi pozitiv olduğuna görə ev şəraitində müalicə təyin edilsə də, ancaq onlar yaşadıqları ünvanları tərk ediblər.


Polis əməkdaşları tərəfindən həmin şəxslər şəhər və kənd ərazisində hərəkətdə olarkən saxlanılıblar.


Onlar polis əməkdaşlarının da müşayiəti ilə yaşadıqları ünvanlara göndəriliblər.


İnfeksiya daşıyıcıları olduqlarını bilə-bilə virusun daha geniş yayılmasına şərait yaradan F.Səlimov və V.Bəndəliyev barəsində Qobustan RPŞ-nin İstintaq qrupunda araşdırma aparılır.


Nərmin Məcidli

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti