Xəzər Xəbər

Məişət zorakılığından zərər çəkənlər müvəqqəti sığınacaqla təmin ediləcək

Cəmiyyət | 19:30 • 27 Noyabr 2020
Məişət zorakılığından zərər çəkənlər müvəqqəti sığınacaqla təmin ediləcək

Məişət zorakılığından zərər çəkmiş şəxslərin və onların uşaqlarının zorakılıqdan sonra həyatlarını yenidən qurmalarına kömək etmək üçün psixoloji və tibbi yardım da daxil olmaqla, onlara göstərilən xidmətlərin böyük əhəmiyyəti vardır. Zorakılığa məruz qalmış və ya zorakılığa məruzqalma riski altında olan qadınların ehtiyaclarının xüsusi təlim keçmiş mütəxəssislərin köməyi ilə ən səmərəli şəkildə qarşılanması üçün həmin xidmətlər yaxşı təşkil olunmalı və maliyyələşdirilməlidir.


Bu barədə məlumat Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nda əksini tapıb.


Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzlərinin yaradılması aşağıdakı vəzifələrin icrasını nəzərdə tutur:


- məişət zorakılığından zərər çəkmiş şəxslərin beynəlxalq standartlara cavab verən, onların ehtiyaclarını tam qarşılaya bilən müvəqqəti sığınacaqla təmin edilməsi;


- yardım mərkəzlərinin ixtisaslı kadrlarla təmin olunması;


- yardım mərkəzlərində mütəmadi olaraq monitorinqlərin aparılması və onların fəaliyyətinin yaxşılaşdırılması.


Məişət zorakılığından zərər çəkmiş şəxslərə zəruri yardım göstərilməsi, təhlükəsizlik tədbirlərinin görülməsi, mühafizə orderlərinin verilməsi, məişət zorakılığı törətmiş şəxslərin qeydiyyata alınması və onlarla tərbiyəvi qabaqlayıcı işlərin aparılması zərər çəkmiş şəxslərin və onların ailə üzvlərinin təhlükəsizliyinin təmin olunmasını mümkün edir və zorakılığın təkrarlanmasının qarşısını almağa, məişət zorakılığı törətmiş şəxslərə öz zorakı əməllərinə görə məsuliyyət hiss etdirməyə imkan verir.


Məişət zorakılığından zərər çəkmiş şəxslərin səmərəli müdafiəsi sisteminin formalaşdırılması aşağıdakı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur:


- məişət zorakılığından zərər çəkmiş şəxslərin müdafiəsində vəkillər, prokurorlar və polis orqanlarının əməkdaşları üçün təlimlərin keçirilməsi;


- məişət zorakılığından zərər çəkmiş şəxslərin müdafiəsində məhkəmə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması;


- hüquq mühafizə orqanları, məhkəmə orqanları və məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yaradılmış yardım mərkəzləri arasında qarşılıqlı əlaqə qurulması;


- məişət zorakılığından zərər çəkmiş şəxslərin bu sahədə məlumatlılığının artırılması, onların polis və məhkəmə orqanlarına etimadının artırılması məqsədilə əlverişli mühit yaradılması;


- məişət zorakılığından zərər çəkmiş şəxslərin məşğulluq imkanlarının artırılması məqsədilə əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı kurslarının təşkil olunması və onların digər aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi istiqamətində tədbirlər görülməsi.


Ramil

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti