Xəzər Xəbər

Antibiotiklərin satışına nəzarət artırılmalıdır - RƏSMİ AÇIQLAMA

Cəmiyyət | 11:35 • 24 Noyabr 2020
Antibiotiklərin satışına nəzarət artırılmalıdır -

Bu gün antibiotiklər reseptlə buraxılan dərmanlar sırasındadır, bu məsələ qanunvericilikdə tənzimlənir. Əfsuslar olsun ki, bu tənzimlənmə kağız üzərində qalır.


Xezerxeber.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin İctimai səhiyyə və sanitariya-epidemioloji nəzarəti şöbəsinin müdiri Nəzifə Mürsəlova Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında deyib.


Onun sözlərinə görə, bu gün apteklərdə hər kəs istənilən antibiotiki ala bilər: "Bu dərmanlar açıq satışda var, buna nəzarət yoxdur. Bu, bizim problemimiz idi. COVID dönəmində bu problem daha da artdı. Bu qanunvericiliyin yerlərdə işləməsi istiqamətində işlər gücləndirilməli, ona nəzarət artırılmalıdır. Dövlət səviyyəsində bu məsələyə sərt nəzarət olmalıdır. Bunu mütləq etməliyik. Yoxsa COVID-dən sonra ağır fəsadlarla üzləşəcəyik”.

Xəbər lenti