Xəzər Xəbər

Düşmənin məhv edilən hərbi texnikasının YENİ SİYAHISI

Cəmiyyət | 14:33 • 26 Oktyabr 2020
Düşmənin məhv edilən hərbi texnikasının

Prezident İlham Əliyev xalqa növbəti müraciətində düşmənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş texnikaları barədə məlumatı açıqlayıb.


Prezident düşmənin 252 tankı məhv edildiyini bildiirb: "53 tank hərbi qənimət kimi götürülüb - toplam 305 tankdan Ermənistan məhrum edilib. Amma yenə də hələ ki, tanklar var. Piyadaların 50 döyüş maşını məhv edilib, 29-u qənimət kimi götürülüb. Toplam 79. 251 müxtəlif çaplı toplar məhv edilib, 24-ü qənimət kimi götürülüb. 61 minaatan məhv edilib, 45-i qənimət götürülüb. Toplam 106.


53 tank əleyhinə vasitə, 82 "Qrad” qurğusu, iki "Uraqan”, iki YARS (Yaylım Atəş Raket Sistemi), bir TOS məhv edilib.


Dörd TOR zenit-raket kompleksi, 40-a yaxın OSA zenit-raket kompleksi, 4 KUB və bir KRUQ zenit-raket kompleksi, iki "S-125” zenit-raket kompleksi məhv edilib.


Ən bahalı qurğulardan olan 6 "S-300” zenit-raket kompleksi məhv edilib. Bir aşkaretmə stansiyası, bir lokatr məhv edilib. Qiyməti bəllidir. Hər kəs hesablaya bilər. Əməliyyat taktiki raket komplekslərindən 2 əməliyyat-taktiki raket kompleksi - "Elbrus” məhv edilib. 1 "Toçka-U” raketi məhv edilib.


231 yük avtomobili məhv edilib, onlardan 20-si sursatı ilə. 173 yük avtomobili hərbi qənimət kimi götürülüb. Toplam 404 yük avtomobilindən biz düşməni məhrum etmişik”.


Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti