Xəzər Xəbər

Qanunsuz balıq ovlayan şəxs saxlanılıb

Cəmiyyət | 11:33 • 16 Sentyabr 2020
Qanunsuz balıq ovlayan şəxs saxlanılıb

Qızılağac Milli Parkının ərazisində qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb.


DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən Qızılağac Milli Parkının əməkdaşları ilə birgə qeyri-qanuni ovçuluq və balıqçılıqla məşğul olan şəxslərin aşkarlanması istiqamətində növbəti tədbir təşkil olunub.


Keçirilən tədbir zamanı Lənkəran rayonu Liman şəhəri istiqamətində Qızılağac Milli Parkının kiçik su sahəsində qanunsuz balıq ovu ilə məşğul olan Liman şəhər sakini R.Zərbiyev saxlanılıb. Qurduğu torlar vasitəsilə qanunsuz balıq ovlayan həmin şəxsdən ov zamanı istifadə etdiyi mühərrikli qayıq, 2 ədəd tor və qanunsuz olaraq tutduğu balıqlar aşkar olunaraq götürülüb. R.Zərbiyevin təbiətə 1056 manat dəyərində maddi ziyan vurduğu müəyyən edilib.


Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024

Xəbər lenti