Xəzər Xəbər

Evdə müalicə alan koronavirus xəstələrinə necə nəzarət olunacaq? RƏSMİ

Cəmiyyət | 15:31 • 4 Avqust 2020
Evdə müalicə alan koronavirus xəstələrinə necə nəzarət olunacaq?

Nazirlər Kabineti yayında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən SMS icazə sistemi ləğv edildi. Evdə qalan xəstələrə nəzarət məhz bu sistem vasitəsilə həyata keçirilirdi. Maraqlıdır, növbəti mərhələdə bu xəstələrin müalicəsi necə baş tutacaq?


Səhiyyə Nazirliyindən Teleqraf.com-un sorğusuna cavabda bildirilib ki, evdə müalicə alan xəstələrin müşahidəsi sahə həkimləri tərəfindən həyata keçirilir. Əvvəlki qaydada sahə həkimləri gündəlik olaraq zəng vasitəsi ilə xəstələrin müşahidəsini aparır:


"Eyni zamanda SMS icazə xidməti ləğv olunduqdan sonra koronavirus xəstələrinə hüquq-mühafizə orqanlarının, Bakı Şəhər İcra Hakimiyyətinin, mənzil-istismar sahələri işçilərinin, eləcə də digər qurumların iştirakı ilə nəzarət edilməsi nəzərdə tutulub.


Bundan başqa, SMS icazə xidməti ləğv olunduqdan sonra, E-TƏBİB mobil tətbiqində yeniliklər olacaq ki, bu barədə Tibb Ərazi Bölmələrinin İdarəetmə Birliyi tərəfindən bir müddət sonra rəsmi məlumat veriləcək”.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti