Xəzər Xəbər

Kürdəmirdə 46 nəfərin koronavirusa yoluxduğu kəndlə bağlı YENİ XƏBƏR

Cəmiyyət | 14:56 • 4 Avqust 2020
Kürdəmirdə 46 nəfərin koronavirusa yoluxduğu kəndlə bağlı

Kürdəmir rayonunun Pirili kəndində koronavirusa kütləvi yoluxmanın qarşısı alınıb.


Bunu Axar.az-a Kürdəmir İcra Hakimiyyətinin Pirili kənd nümayəndəsi Nəriman Nərimanov deyib. O bildirib ki, kənddə son həftədə yalnız 1 nəfər yoluxub:


"İyulun 15-dən bəri kənddə 46 nəfər koronavirusa yoluxub. Son 1 həftədə yalnız 1 nəfər yoluxub, dünən və bu gün isə yoluxma qeydə alınmayıb. Hazırda vəziyyət normaldır. Yoluxanlardan 35 nəfər artıq sağalıb. Kənd polis nəzarəti altındadır. Virus ocaqları dezinfeksiya edilib. Yoluxmanın qarşısını almaq üçün əhalinin bir-biri ilə təmasda olmasına imkan verilmədi”.


Kənd nümayəndəsi onu da qeyd edib ki, yoluxma daha çox qadınlar arasında qeydə alınıb.


Qeyd edək ki, ötən həftə Bakının Qaradağ rayonundan kəndə yas mərasiminə gələn Güleyşə Hüseyn qızı Əhmədovanın kənddə koronavirusun geniş yayılmasına səbəb olması və 45 nəfərin virusa yoluxması barədə məlumat yayılmışdı.

Xəbər lenti