Xəzər Xəbər

İyul ayı üçün bütün pensiyalar ödənilib

Cəmiyyət | 14:37 • 16 İyul 2020
İyul ayı üçün bütün pensiyalar ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün respublika üzrə iyul ayının bütün pensiyalarının maliyyələşdirilməsi başa çatdırılıb.


Nazirlikdən xezerxeber.az-a bildirilib ki, həmçinin hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə iyul ayın pensiyalar ödənilib. Pensiya vəsaitləri pensiyaçıların bank hesablarına köçürülüb. Onlar istənilən bankın bankomatlarından öz pensiyalarını qəbul edə bilər, bu zaman hər hansı faiz tutulmur.

Xəbər lenti