Xəzər Xəbər

Bakı-İstanbul reysinə bilet alanlara XƏBƏRDARLIQ

Cəmiyyət | 09:15 • 1 İyul 2020
Bakı-İstanbul reysinə bilet alanlara XƏBƏRDARLIQ

Bakı-İstanbul-Bakı marşrutu üzrə xüsusi reyslərə aviabiletlərin müxtəlif şəxslər tərəfindən satılması barədə müxtəlif məlumatların yayılması ilə əlaqədar olaraq Azərbaycanın milli aviadaşıyıcısı yalnız rəsmi məlumata etibar etməyi və digər mənbələrdən alınan müxtəlif təkliflərə inanmamağı sərnişinlərdən xahiş edir.


Bu barədə XəzərXəbər-ə AZAL-ın mətbuat xidmətindən məlumat verilib.


Bildirilib ki, hazırda aviabiletlər yalnız "AZAL” və "Türk Hava Yolları” aviaşirkətlərinin rəsmi internet saytlarında satılır.


Xatırladırıq ki, 2020-ci ilin 2 iyul tarixindən 29 avqust tarixinədək AZAL həftədə iki dəfə (cümə axşamı və şənbə günləri) Bakı və İstanbul arasında uçuşlar həyata keçirəcək. "Türk Hava Yolları” aviaşirkəti 1 iyul tarixindən etibarən çərşənbə və cümə günləri reyslər həyata keçirəcək.


Aviabiletlər hər hansı digər kənar resurslardan alındığı təqdirdə etibarsız aviabilet əldə etmək və ödənilən vəsaiti itirmək təhlükəsi mövcuddur. Bu qəbildən təkliflər meydana çıxdığı halda araşdırma aparılması üçün hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar