Xəzər Xəbər

Dietoloqdan mühüm xəbərdarlıq İsti çay içməyin!

Cəmiyyət | 17:08 • 6 İyun 2020
Dietoloqdan mühüm xəbərdarlıq

"Təsadüfi deyil ki, xəstəliklərin böyük əksəriyyəti düzgün qidalanmamaq nəticəsində orqanizmdə maddələr mübadiləsinin pozulması ilə əlaqədar yaranır. Çox isti çay içmək və çox isti xörək yemək enzimlərin ifrazını dayandırır, mədənin zədələnməsinə səbəb olur”.

Bu sözləri dietoloq Nərgiz Nəzirova deyib.

Ekspert bildirib ki, yemək vaxtı və yeməkdən dərhal sonra su içmək düzgün deyil.

"Çünki su 10-15 dəqiqə sonra mədəni tərk edərək özü ilə bərabər mədə şirəsini də yuyub aparır və həzmolmanı pozur. Çox yeməyə can atmaq lazım deyil, çox yemək orqanizm üçün lüzumsuz və səmərəsiz əlavə zəhmət, ağır yükdür. Düzgün qidalanma qaydasında başlıca məqsəd onikibarmaq bağırsaqda qidaların çürüyərək zəhərli maddələrə parçalanmasının qarşısını almaqdır. Ona əməl edən hər kəs sağlam və gümrah yaşayır, mənən və ruhən güclü olur”, - deyə dietoloq qeyd edib.

N.Nəzirova həzmsizlik problemi yaşayanlar üçün alternativ həll yolu tövsiyə edib:

"Bunun üçün yeməklərdən 30 dəqiqə əvvəl 1 çay qaşığı alma sirkəsini 1 çay qaşığı balla qarışdırıb bir bardaq ilıq suyun içinə qoyun. Bu qarışımı içərək həzmsizlik problemindən tam azad ola bilərsiniz”./Publika.az

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti