Xəzər Xəbər

Əmək Məcəlləsinə əlilliyi olan şəxslərlə bağlı əlavə ediləcək

Cəmiyyət | 12:15 • 31 May 2020
Əmək Məcəlləsinə əlilliyi olan şəxslərlə bağlı əlavə ediləcək

Əmək Məcəlləsində dəyişikliklər edilməsinə dair yeni Qanun layihəsində Məcəlləyə əlilliyi olan şəxslərin əmək münasibətləri sahəsində hüquqlarının daha dolğun şəkildə təsbit olunmasına yönələn yarımbəndin əlavə edilməsi nəzərdə tutulub.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, layihədə işəgötürənin əsas vəzifələri sırasına "əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşə, vəzifə) keçirilməsinə yol verməmək” məzmununda yarımbəndinin daxil edilməsi də yer alıb.


Bununla Məcəllənin "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun müvafiq maddəsi ilə uyğunluğu da təmin olunacaq.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
517 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti