Xəzər Xəbər

Ən zərərli səhər yeməyi açıqlandı

Cəmiyyət | 09:55 • 25 May 2020
Ən zərərli səhər yeməyi açıqlandı

Doyumlu səhər yeməyi gün ərzində enerji dolu olacağınıza və planlaşdırdığınız hər şeyi yerinə yetirəcəyinizə dair zəmanət verir. Ancaq bütün bunlarla birlikdə səhər yeməyində bütün məhsulların uyğunluğu vacibdir. Onlardan bəziləri ya kifayət qədər qidalandırıcı deyil, ya da orqanizmi tam doyura bilmir.


Qidalanma mütəxəssisi Syuzi Barrell səhər menyusuna uyğun olmayan zərərli məhsulları açıqlayıb.


Avstraliyalı dietoloqun fikrincə, mayasız, çörək sodası, qabartma tozu qatılmadan hazırlanan lavaş səhər üçün ideal seçim deyil. Mütəxəssis hesab edir ki, insan səhhəti üçün xüsusilə zərərli olan bu məhsulun 100 qramında təxminən 80 qram karbohidrat olur ki, insan sağlamlığı üçün son dərəcə zərərlidir, xüsusilə səhərlər. Ayrıca bu məhsul qanda qlükoza səviyyəsini əhəmiyyətli dərəcədə artırır və şəkər xəstəliyinin inkişafına təkan verir.


Səhərlər nə yemək olmaz?


Səhərlər xüsusilə uşaqlar xırtıldayan yarmanı südlə qarışdırıb yeyir. Reklamlarda bu məhsul səhər yeməyi kimi təqdim olunsa da, mütəxəssis iddia edir ki, onlar faydasızdır. O, əmindir ki, xırtıldayan dənli bitkilərdə qidalandırıcı liflər çox azdır. Odur ki, bu məhsul çətin ki, nahara qədər bizə enerji versin və tox saxlasın.


Şirin lopa yarmalarının əvəzinə dietoloq şəkərsiz, amma bal və meyvə əlavə edilmiş yarmalar yeməyi məsləhət görür. Balın təbii, meyvələrin təzə doğranmış olmasına diqqət edin. Hər kəs bilməlidir ki, mağazadan alınan hazır məhsullar ev xörəyi qədər faydalı ola bilməz.


Dietoloq donuz ətinin tərkibində çox miqdarda zərərli yağlar olduğunu vurğulayıb. Ancaq əlavə edib ki, taxıl çörəyi yeyərək artıq yağları zərərsizləşdirə bilərsiniz. (publika.az)

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
393 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti