Xəzər Xəbər

Qadınlarda diabetin yaranma səbəbi müəyyən edilib

Cəmiyyət | 16:28 • 22 May 2020
Qadınlarda diabetin yaranma səbəbi müəyyən edilib

Qadınlarda ikinci tip diabetin inkişafının indiyə qədər gizli olan səbəbi müəyyən edilib.


Trend-in məlumatına görə, bir qrup alim müəyyən edib ki, hamiləlik dövrü yarımçıq qalmış qadınlarda bu xəstəliyin yaranması riski daha yüksəkdir.


Qeyd olunur ki, hamiləliyin itirilməsi ilə əlaqədar psixoloji stres həyat tərzinin dəyişməsinə, bədən kütlə indeksinin artmasına və nəticədə 2-ci tip diabetin yaranmasına gətirib çıxara bilər.


Alimlər hesab edir ki, hamiləliyin itirilməsi ilə 2-ci tip diabet arasındakı əlaqə əsasən ümumi immunoloji və metabolik komponentlərlə izah oluna bilər.

Xəbər lenti