Xəzər Xəbər

Analgin və aspirini koronavirus zamanı qəbul etmək təhlükəlidir

Cəmiyyət | 11:42 • 22 May 2020
Analgin və aspirini koronavirus zamanı qəbul etmək təhlükəlidir

Soyuqdəyməyə qarşı qeyri-steroid dərmanların qəbulu koronavirusa yoluxan zaman yolverilməzdir.

"RİA Novosti” xəbər verir ki, bunu rusiyalı nevroloq İrina Vereyutina deyib.

Obildirib ki, temperaturu aşağı salmaq üçün aspirin və ya analgin qəbul etmək məsləhət deyil, bu məqsədlə parasetamoldan istifadə etmək daha yaxşıdır.

Eyni zamanda, o, xəstəlik ağır olduqda koronavirusun müalicəsi zamanı nevroloji simptomların - başgicəllənmənin, baş ağrısının müşahidə edildiyinidəqeyd edib.

Xəbər lenti