Xəzər Xəbər

ÜST-dən maska xəbərdarlığı: ZƏRƏR verə bilər

Cəmiyyət | 09:41 • 22 May 2020
ÜST-dən maska xəbərdarlığı:

"Maskalar ilk növbədə, yalnız yoluxmuş insanlar və ya koronavirus ilə əlaqəli tibbi heyət tərəfindən istifadə olunmalıdır"

Rusiya mətbuatı xəbər verir ki, bunu brifinq zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) icraçı direktoru Maykl Rayan bildirib.

"Maskaların yanlış geyinilməsi hətta insana zərər verə bilər. Əhalinin maskaları kütləvi şəkildə istifadə etməsinin hər hansı bir potensial üstünlüklərinin olduğuna dair konkret sübutlar yoxdur. Əslində, maskanın düzgün istifadə edilməməsi və ya yanlış taxılması zamanı əks-təsir haqqında bəzi sübutlar var" - deyə, Ryan qeyd edib.

ÜST-nin yoluxucu xəstəliklər üzrə epidemioloqu doktor Mariya Van Kerkxov əlavə edib ki, maskalardan ən çox buna ehtiyacı olan insanlar, xüsusilə də tibbi personal istifadə etməlidirlər:

"Biz cəmiyyətə maskalardan istifadə etməyi məsləhət görmürük. Əgər siz özünüz xəstələnməmisinizsə maska taxmağa ehtiyac yoxdur. Tibbi maskalar evdə olan yoluxmuş insanlara, həmçinin, onlara qulluq edən şəxslərə verilməlidir".

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024

Xəbər lenti