Xəzər Xəbər

Karantin rejiminin yumşaldılması atmosferdə çirkləndirici maddələrin miqdarını artırıb

Cəmiyyət | 18:09 • 21 May 2020
Karantin rejiminin yumşaldılması atmosferdə çirkləndirici maddələrin miqdarını artırıb

Atmosfer havasında müsbət dinamika müşahidə olunmaqdadır. Bakı şəhərinin bəzi nöqtələrində, xüsusən nəqliyyatın daha sıx olduğu ərazilərdə - Neftçilər, Nobel, Qara Qarayev, Heydər Əliyev prospektləri və Ukrayna dairəsində aparılan ölçü işləri göstərir ki, burada mart ayı və ötən ilin müvafiq dövrü ilə müqayisədə havada olan çirkləndirici maddələrin miqdarı 45-50 faizə qədər azalıb. Bu nəticələr aprelə olan rəqəmlərdir.


Xezerxeber.az xəbər verir ki, bunu mayın 21-də Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.


Nazirliyin rəsmisinin sözlərinə görə, son monitorinqin nəticəsi göstərir ki, mayda karantin rejiminin yumşaldılması nəticəsində atmosferdə olan çirkləndiricilərin miqdarının cüzi də olsa artımı müşahidə olunmaqdadır. Aprel ayı ilə müqayisədə atmosfer havasında çirkləndiricilərin miqdarı 30-35 faiz təşkil edir.

Xəbər lenti