Xəzər Xəbər

Yemək və ya qablaşdırmadan koronavirusa yoluxma mümkündürmü?

Cəmiyyət | 09:43 • 19 Aprel 2020
Yemək və ya qablaşdırmadan

"Koronavirusa yoluxma ehtimalı azdır, çünki respirator xəstəliklər qida məhsulları və ya onların qablaşdırılmasından ötürülmür”.

"Daily Post” xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin dərc etdiyi koronavirusla bağlı təlimatda deyilir.

Belə ki, əgər koronavirus qidanın üzərində olubsa, o, qızdırıldıqdan sonra məhv olur. Mütəxəssislər ictimaiyyəti təzə məhsulları aldıqdan sonra onları qaynar su ilə diqqətlə yumağa çağırır, yemədən öncə isə məhsulun qabığını soymaq tövsiyə edilir.

Qablaşdırma ilə hər təmasdan sonra əlləri yumaq məsləhət görülür.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 297 000-i ötüb. Bunların 588 045 nəfəri sağalıb, 157 974 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.(Report)

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti