Xəzər Xəbər

Birdəfəlik ödəmə verilənlərin bölgələr, cins və yaş qrupları üzrə təsnifatı açıqlanıb

Cəmiyyət | 19:05 • 18 Aprel 2020
Birdəfəlik ödəmə verilənlərin bölgələr, cins və yaş qrupları üzrə təsnifatı açıqlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işsiz və xüsusi karantin rejiminə görə işini itirmiş qeyri-formal məşğul şəxslərdən ibarət şəxslərə aprelin 9-dan birdəfəlik ödəmələrə başlanılıb və artıq 200 min şəxs üçün birdəfəlik ödəmə vəsaiti köçürülüb.

Nazirlikdən xezerxeber.az-a verilən məlumata görə, onlardan 123 766 nəfəri kişi, qalanları qadınlardır. Birdəfəlik ödəmə verilənlərin 50 309 -u Bakı, 8 949 -u Sumqayıt və 6 213 -ü Gəncə şəhərlərində yaşayanlar, 4 308 -i Abşeron rayonunun, 130 221 -i respublikanın digər bölgələrinin sakinləridir.

Yaş qruplarına gəldikdə isə birdəfəlik ödəmə alanlardan 12 811-i 20 yaşa qədər, 85 975 -u 20-30 yaş arası, 52 920-i 30-40 yaş arası, 27 287-i 40-50 yaş arası, 21 007-i 50 yaşdan yuxarı olanlardır.

Ödəniş prosesi gündəlik əsasda aparılır və qarşıdakı günlərdə də davam edəcək.

Xəbər lenti