Xəzər Xəbər

Azərbaycan alımləri COVID-19 virusuna yoluxma dinamikasının zamandan asılılığını müəyyən ediblər

Cəmiyyət | 15:06 • 17 Aprel 2020
Azərbaycan alımləri COVID-19 virusuna yoluxma dinamikasının zamandan asılılığını müəyyən ediblər

Azərbaycan Respublikası ərazisində koronavirusla mübarizə çərçivəsində dövlət tərəfindən görülən tədbirlər davam etdirilir. Bu müddət ərzində bir qrup Azərbaycan alimi - Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi-Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev, BDU-nun professoru Rövşən Əliyev və başqaları Azərbaycan ərazisində COVID-19 virusuna yoluxma dinamikasının zamandan asılılığının müəyyən edilməsi ilə bağlı tədqiqat aparıblar.

AMEA-dan xezerxeber.az-a bildirilib ki, tədqiqat zamanı ehtimal nəzəriyyəsi və riyazi statistika, həmçinin riyazi modelləşdirmənin müasir metodlarından istifadə olunub.

Alınmış nəticələr ölkədə tətbiq olunan karantin rejiminin öz müsbət təsirini göstərdiyini sübut edib. Tədqiqat nəticəsində müəyyən edilib ki, karantin rejimi tətbiq olunmadığı halda, koronavirusa yoluxanların sayı kəskin şəkildə artmaqda davam edə bilərdi.

Qurulmuş riyazi modelə əsasən, real statistikanın da təsdiq etdiyi kimi karantin rejimi çərçivəsində koronavirusa yoluxanların sayının azalma tendensiyasına keçdiyi təsdiqlənib.

Həmçinin tədqiqatların nəticəsi olaraq proqram təminatı hazırlanıb ki, bu da gələcəkdə karantin rejiminin müxtəlif variantlarının nəticələrinin proqnozlaşdırılmasında istifadə oluna bilər.

Qeyd edək ki, tədqiqat işində Azərbaycanla sərhəd ölkələrin də virusa yoluxma dinamikasının müqayisəsi tədqiq olunub. Beləliklə, qurulmuş riyazi model əksər ölkələr üçün də karantin rejiminin məhdudiyyət dərəcəsindən asılı olaraq koronavirusa yoluxma dinamikasının proqnozlaşdırılmasını mümkün edir.

Alimlərin fikrincə, qurulmuş riyazi modelə əsaslanaraq koronavirusa yoluxma dinamikasının karantin rejimindən asılılığı ilə yanaşı, digər faktorlardan – məsələn, xroniki xəstəliklərdən, yaş həddindən və s. asılılığı da tədqiq oluna bilər.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024

Xəbər lenti