Xəzər Xəbər

Pandemiyadan uşaqları qorumaq üçün hərtərəfli tədbirlər görülməlidir

Cəmiyyət | 11:33 • 17 Aprel 2020
Pandemiyadan uşaqları qorumaq üçün hərtərəfli tədbirlər görülməlidir

COVID-19 pandemiyasından uşaqların təhlükəsizliyini, rifahını və gələcəyini qorumaq üçün UNICEF Gündəlik hazırlayıb. Tədbirlərin Görülməsi üçün UNICEF-in hazırladığı Gündəlikdə göstərildiyi kimi və Birləşmiş Millətlər Təşkilatının COVID-19-un Uşaqlara Təsiri ilə bağlı açıqladığı Siyasət üzrə Analitik İcmala uyğun olaraq, dünyanın hər yerində COVID-19 pandemiyasından uşaqların təhlükəsizliyini, rifahını və gələcəyini qorumaq üçün, hərtərəfli tədbirlərin görülməsi lazımdır.

BMT-nin Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, Tədbirlərin Görülməsi üçün UNICEF-in hazırladığı Gündəlik uşaqlara aid bir neçə həlledici məsələni önə çəkir və bu məsələlər COVID-19-un yaratdığı birbaşa təhlükələrdən də kənara çıxır. UNICEF-in Azərbaycanda Nümayəndəsi Edvard Karvardinə görə, bu məsələlərin bir çoxu, artıq UNICEF və hökumət arasında yaxın əməkdaşlıqla həll olunur.

"Biz bilirik ki, uşaqlar və ailələr COVID-19-un təsirini həyatlarının bir çox sahələrində hiss edəcəklər - Tədbirlərin Görülməsi üçün Gündəlik uşaqların sağlamlığı və qidalanma, ümumi və erkən dövrlərdəki təhsil, uşaqların uzun müddətli özünü təcrid nəticəsində evdə zorakılıqdan və psixoloji gərginlikdən müdafiəsi, həmçinin icmalarda həssas qruplara dəyən iqtisadi təsirə fokuslanıb – Azərbaycanda bütün bu sahələrdə UNICEF artıq hökumət və qeyri-hökumət tərəfdaşları ilə qeyd olunan riskləri minimuma endirmək üçün işləyir”, - deyə Karvardin bildirib.

Sadə profilaktik tədbirlər və xüsusilə əllərin yuyulması üzrə bələdçi təlimatlar rəqəmsal və birbaşa kommunikasiya vasitəsilə ölkədə artıq 1 milyondan çox insanı əhatə edib. Bunun üçün UNICEF, İctimai Səhiyyə və İslahatlar Mərkəzi habelə Regional İnkişaf İctimai Birlik (RİİB) daxil olmaqla, yerli tərəfdaşları ilə birlikdə, materialları hazırlayıb, onları onlayn rejimdə və fiziki olaraq çatdırılmasına dəstək olub.

UNICEF körpələrin və azyaşlı uşaqların qidalanması üzrə praktiki məlumatların valideynlərə çatdırılımasını dəstəkləyir və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə birlikdə valideynlər üçün uşağın sağlamlığı, qidalanması və erkən dövrlərdə inkişafına dair onlayn məsləhətləşmə və səhiyyə işçilərinin bələdçi təlimatlarının hazırlanması, həmçinin uşaq sağlamlığı üçün immunlaşma kimi zəruri gündəlik tədbirlərin qiymətləndirilməsi məqsədilə çalışır.

Məktəblərin və məktəbəqədər müəssisələrin zəruri olaraq bağlanmasına baxmayaraq, təhsil hələ də təmin olunur. UNICEF virtual dərslərin keçirilməsi məqsədilə Təhsil Nazirliyinə texniki dəstək verir və indiyə kimi uşaqların erkən dövrlərdə, ev şəraitində inkişafını dəstəkləmək üçün, 6.000-dən çox uşağı onlayn sessiyalar və çalışma materialları ilə təmin edib.

UNICEF, Azərbaycan Respublikasının Gənclər Fondu daxil olmaqla, yerli tərəfdaşlarla birlikdə, həmçinin COVID-19 və onun profilaktikası haqqında onlayn informasiya materialların hazırlanması üçün gəncləri səfərbər etmək, onlayn rejimdə həyat bacarıqları təlimi keçirmək, habelə plana uyğun 150000 gənc insana, evdə öz ailələrinə dəstək olmaq üçün, imkan yaratmaq məqsədilə işləyir. İndiyə kimi, 500-dən çox yeniyetmə onlayn məsləhət və psixoloji dəstək xidmətləri ilə təmin olunub.

Çox zaman məişət zorakılığının məhz gərgin evdə təcrid dövründə artdığını nəzərə alaraq, UNICEF, həmçinin uşaqların qayğısına qalanları, kömək üçün bu cür stressin idarə olunması məqsədilə müsbət valideynlik üzrə bələdçi təlimatlar ilə təmin edir. Eyni zamanda UNICEF-in dəstək olduğu, mövcud sosial işçilərdən ibarət heyətlər, onlayn və telefon kommunikasiya vasitələrdən istifadə edərək, ən azı 1000 həssas ailə ilə təmasda olublar.

UNICEF, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də virusun həssas ailələr üzərində sosial-iqtisadi təsirini araşdırmaq məqsədilə dəstək olur və bu zaman, tək valideynli ailələr, uşağın dövlətin təsisatından geri qaytarıldığı ailələr, habelə əlilliyi olan uşaqlar kimi xüsusi qayğıya ehtiyacı olanlara, adekvat dəstəyin göstərilməsinə xüsusilə diqqət yetirilir. Bundan əlavə, nazirlik və "ASAN xidmət” könüllüləri ilə birlikdə, UNICEF ilkin olaraq, 1000 xüsusilə həssas ailələrin ərzaq paketləri ilə təminatına dəstək olub.

"COVID-19 pandemiyası həssas ailələr və uşaqlar üzərində potensial olaraq uzun müddətli təsir yaradır – UNICEF, bu ailələrin ehtiyaclarını qarşılamaq üçün hökumətin həyata keçirdiyi miqyaslı tədbirləri təqdir edir. Biz, bu təsiri azaltmaq üçün, Avropa İttifaqının və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin də dəstəklədiyi təşəbbüslər daxil olmaqla, əlimizdən gələn bütün dəstək və yardımı göstərməyə davam edəcəyik”, - deyə Edvard Karvardin bildirib.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti