Xəzər Xəbər

Bakıda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB

Cəmiyyət | 11:43 • 17 Aprel 2020
Bakıda itkin düşən 12 yaşlı qız tapılıb -

Bakıda itkin düşən 12 yaşlı qız tapılıb.

Sabunçu rayon Polis İdarəsinin 12 Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşən 2008-ci ildə anadan olmuş Miroşniçenko Sima Qriqoriyevna sağ-salamat tapılaraq ailəsinə təhvil verilib.

09:29

Bakıda 12 yaşlı qız itkin düşüb.

Sabunçu rayon sakini Mariya Mirasniçevko Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə müraciət edərək 2008-ci il təvəllüdlü nəvəsi Sima Mirasniçevkonun yaşadıqları evdən çıxdığını və geri qayıtmadığını bildirib.

Faktla bağlı araşdırma aparılır. (APA)

Xəbər lenti