Xəzər Xəbər

Temperatur və rütubətin artması koronavirusa son qoyacaq?

Cəmiyyət | 10:11 • 25 Mart 2020
Temperatur və rütubətin artması koronavirusa son qoyacaq?

Çinli alimlərinapardığı araşdırmalara əsasən, havanın temperaturunun və rütubətin artması ilə koronavirusun yayılması azalacaq.

Bu barədə "Hürriyet” yazıb.

Alimlər qeyd edirlər ki, havanın temperaturunun bir dərəcə artması belə virusun yayılma riskini azaldacaq. Lakin risk sıfıra enməyəcək. Riskin aşağı düşməsinə hava şəraiti düzəldikcə insan orqanizminin immunitet sistemininyaxşılaşması da təsir göstərəcək.

Alimlər sözügedən təsirləri öyrənə bilmək üçün Çində ən azı 40 koronavirusa yoluxma halının qeydə alındığı 100 şəhərdə araşdırma aparıb. Araşdırma hər koronavirus xəstəsinin orta hesabla 2 nəfərə xəstəlik yaydığını üzə çıxarıb.

Hava temperaturunun bir dərəcə və rütubətin bir faiz artımı bu nisbəti 0.0383 və 0.0224 qədər azaldıb.

Xəbər lenti