Xəzər Xəbər

Sidik kisəsi xərçəngini simptonlarından 10 il qabaq müəyyən etmək olacaq

Cəmiyyət | 14:46 • 22 Fevral 2020
Sidik kisəsi xərçəngini simptonlarından 10 il qabaq müəyyən etmək olacaq

Sidik kisəsinin xərçəngini sidikdəki sadə biomarker vasitəsilə müəyyən etmək mümkündür.

Aparılan tədqiqatların nəticələri "EbioMedicine” jurnalında yerləşdirilib.

Alimlərin gəldikləri nəticəyə əsasən, bu biomarker simptomlar müəyyən edilməmişdən 10 il əvvəl xəstəliyin mövcudluğunu göstərə bilər.

Mütəxəssislər bildirirlər ki, əksər hallarda sidik kisəsi xərçəngi zamanı telomerazın (TERT) əks transkriptazının genində mutasiyalar müşahidə olunur. Bu mutasiyalar sidik nümunələrində tapıla bilər, lakin indiyədək bu biomarkerin xəstəliyin erkən diaqnostikası üçün effektiv vasitə ola biləcəyi məlum deyildi.

Qeyd edilir ki, Ümümdünya Səhiyyə Təşkilatının yanında Xərçəng Tədqiqatları üzrə Beynəlxalq Agentliyin alimləri qan, sidik, saç və dırnaq nümunələrinin biobankını yaradıblar. 2004-cü ildə işə salınmış layihədə 50 mindən çox sağlam insan iştirak edib. Məlum olub ki, eksperimentin 38 iştirakçısında sidik kisəsi xərçəngi aşkar edib, TERT mutasiyaları könüllülərin 46,7% - də aşkar edilib. Xərçəngsiz qrupda bu mutasiyalar müşahidə edilməyib./oxu.az

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti