Xəzər Xəbər

Respublika Narkoloji Mərkəzinin baş direktoru dəyişib

Cəmiyyət | 16:22 • 14 Yanvar 2020
Respublika Narkoloji Mərkəzinin baş direktoru dəyişib

Səhiyyə Naziri Oqtay Şirəliyevin 14.01.2020-ci il tarixli əmrinə əsasən Respublika Narkoloji Mərkəzinin baş direktoru Araz Əlihüseyn oğlu Manuçeri-Lalen öz xahişi ilə tutduğu vəzifədən azad edilib.


Bu barədə Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.


Səhiyyə Nazirinin digər əmri ilə 1 saylı Psixiatriya Xəstəxanasının şöbə müdiri Orxan Rasim oğlu Cəfərov vəzifəsindən azad edilərək Respublika Narkoloji Mərkəzinə baş direktor təyin edilib.

Xəbər lenti