Xəzər Xəbər

Uzun yuxu həyat üçün təhlükəlidir – TƏDQİQAT

Cəmiyyət | 17:52 • 12 Dekabr 2019
Uzun yuxu həyat üçün təhlükəlidir

Gecə ərzində 9 saatdan çox yatan, eləcə də günorta yatmağı xoşlayan insanlarda insult təhlükəsi daha yüksəkdi.

Çin alimləri tədqiqatlarının nəticələrini "EurekAlert!” portalında dərc ediblər.

6 il davam edən tədqiqatda 31750 insan iştirak edib. Sınaqdan keçirilən insanların orta yaş həddi 62 olub. Bu müddətərzində onlarda ümumilikdə 1557 insult qeydə alınıb.

İştirakçıların 24 faizi 9 saatdan çox yatıb və onlarda insult təhlükəsinin daha yüksək olduğu müəyyən edilib: 7-8 saat yatan insanlardan 23 faiz çox. Gecə çox yatan və günortalar yuxulayan insanlarda isə insult təhlükəsi digərlərindən 85 faiz çoxdur.

Alimlərin fikrincə, tədqiqatın nəticələri orta və yuxarı yaş təbəqəsində olan insanlar üçün mülayim yuxu rejiminin vacibliyini sübut edir.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti