Xəzər Xəbər

Arıqlamaq istəyənlərə vacib XƏBƏRDARLIQ: Yeməkdən dərhal sonra...

Cəmiyyət | 10:49 • 8 Noyabr 2019
Arıqlamaq istəyənlərə vacib XƏBƏRDARLIQ:

"Meyvədə olan fruktoza yalnız qaraciyər tərəfindən enerji üçün istifadə edilə bilir. Qalan fruktoza və qlükoza insulini artıraraq piyə çevrilir. Odur ki, arıqlamaq istəyənlər meyvəni qidada məhdudlaşdırır və daha çox tərəvəzə üstünlük verir”.

Bu sözləri məşhur həkim, anestezioloq reanimatoloq Şahin Məmmədov deyib. O, sözlərinə belə davam edib:

"Meyvədə həm vitaminlər, həm elektrolidlər, həm çox lazımlı minerallar, həm də çoxlu lif var. Düzdür, bunlar tərəvəzdə də var, amma onlar meyvə kimi ləzzətli deyil. Mən hətta arıqlamaq istəyənlərə belə meyvə yeməyi şiddətlə tövsiyə edirəm.

Arıqlamaq istəyənlər hətta şiriniyyat da yeyə bilər. Yeməkdən dərhal sonra yeyilən şirniyyat və meyvənin çəkiyə ciddi mənfi təsiri olmaz. Həddini aşmamaq şərtilə hətta tort yeyə bilərsiniz. Yalnız 2 şərt var.

1. Siz hər gün fiziki aktivlik etməlisiniz.

2. Gündə 2 ya 3 dəfə yemək yeyirsiniz və aralarında qətiyyən qəlyanaltılar olmaz. Su və acı qəhvə olar.

Ümumiyyətlə, gözəl bədən quruluşuna sahib olmaq istəyirsinizsə, tək pəhriz gözəl effekt verməz. Çalışın ki, hərəkəti, aktivliyi artırın. Çoxu deyir ki, qarın əzələsi zalda yox, mətbəxdə yığılır. Məncə, mətbəxin rolunu bir az qabardıblar. Əsas idmandır”.

publika.az

Rubrikanın digər xəbərləri

Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024

Xəbər lenti