Xəzər Xəbər

Diyetoloqdan çağırış: Bu şirniyyatları yeməyin

Cəmiyyət | 13:36 • 6 Noyabr 2019
Diyetoloqdan çağırış:

Tərkibində trans yağları olan şirniyyatları yeməyin.

Bunu rusiyalı həkim-diyetoloq Yelena Solomatina deyib.

Onun sözlərinə görə, trans yağlar qənnadı yağları və ya marqarin adı altında şirniyyatların istehsalında istifadə olunur.

Diyetoloq, həmçinin, bəzi kökələrin qaynar trans yağlarda qızardıldığını diqqətə çatdırıb:

"Onların tərkibinə dadverici kimyəvi maddələr və qeyri-üzvi mənşəli boyalar qatılır. Ona görə də parlaq rəng və qoxusu olan şirniyyatları almayın. Bu cür məhsullara ucuz kimyəvi maddələr, aromatizatorlar qatıldığı üçün onları almaq büdcəyə uyğundur. Amma həmin şirniyyatlar mədə üçün əsl bombadır”.

Solomatina parlaq rəngli və rezini xatırldan marmeladları almaqdan da imtina etməyə çağırıb.

Onun sözlərinə görə, bu cür şirniyyatlarda kimyəvi qatılaşdırıcılardan istifadə olunur. Amma əsl marmelad jeledən hazırlanmalıdır./axar.az

Xəbər lenti