Xəzər Xəbər

Evdəki bu əşyalar xərçəngə səbəb olur - SİYAHI

Cəmiyyət | 13:26 • 23 Oktyabr 2019
Evdəki bu əşyalar

Evdə nə qədər təmizlik aparmağımızdan asılı olmayaraq, bakteriyalar bəzən fərqli yerlərdə qarşımıza çıxır. Gözlənilməz yerlərdə toplaşan bu bakteriyalar sağlamlığımızı təhdid edir. Bəs, xərçəngə səbəb olan bu bakteriyalar evimizin əsasən hansı hissələrindədir?

Qab yuyan süngər

Bütün günü təmizləyici vasitələr ilə köpüklədiyimiz süngərin milyonlarla bakteriya daşıyacağını düşünməmiş ola bilərik, amma təəssüf ki, bu həqiqət deyil. Tədqiqatlar göstərir ki, bir qab süngərinin bir kvadrat santimetrində 50 min bakteriya yaşayır. Buna görə bu süngərləri həftədə bir dəfə dəyişdirməli və ya hər gün ağartma ilə islatmalısan.

Su kranları

Hər gün təmizlənməsi üçün su tökdüyümüz bir bölgənin təmiz ola bilməyəcəyi təsəvvür edilmir. Ancaq alimlər bir mətbəx kranının hər santimetrində 6 min bakteriya yaşadığını söyləyir. Eyni şəkildə vanna otağı kranları bu şəkildə minlərlə bakteriya qəbul edir.

Kompüterlər

Əlinizdə olan kompüterləri gün ərzində tez-tez təmizləməlisiniz. Çünki əllərinizlə toxunduğunuz hər yerdən bakteriya toplayırsınız. Xüsusilə kompüter qarşısında yemək vərdişiniz varsa, bakteriyaların sayı milyonlarla çata bilər. Tez-tez yalnız kompüterinizin ekranını deyil, həm də klaviaturanı təmizləməlisiniz.

Xalçalar

Xalçaları nə qədər təmizləsək də, hər növ bakteriyaların saxlandığı yer olduğu fikrinə artıq çoxdan öyrənmişik. Bu səbəblə bir çox xalça markaları antibakterial xalçalar kimi satışa çıxararaq vəziyyətin qarşısını almağa çalışır. Ancaq bilməliyik ki, ayaqlarımızla xalçamıza hər növ mikrobu daşıyırıq və onları hər gün təmizləməliyik.(medicina.az)


Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti