Xəzər Xəbər

Hüquqşünas və həkim ixtisasları üzrə təhsil xərcləri artırılıb

Cəmiyyət | 15:34 • 5 Oktyabr 2019
Hüquqşünas və həkim ixtisasları üzrə təhsil xərcləri artırılıb

Bu il sentyabrın 1-dən dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində hüquqşünaslıq ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərci 23 faizə qədər artırılıb.


Bu, Nazirlər Kabinetinin "Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərarında əksini tapıb.


Başqa sözlə, bu ixtisas üzrə bakalavriat səviyyəsində təhsilalanlara düşən təhsil xərci 1620 manatdan 2100 manata, magistratura səviyyəsində 1680 manatdan 2180 manata qaldırılıb.


Ali məktəblərin bakalavriat səviyyəsində müalicə işi və hərbi həkim işi ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərci 17 faizə qədər artırılaraq 4500 manatdan 5400 manata çatdırılıb. Tibbi profilaktika, əczaçılıq və stomatologiya ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərci də 17 faizə qədər artırılıb və 4000 manatdan 4800 manata yüksəlib.


Magistratura və rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə hər bir təhsilalana düşən təhsil xərci isə daha çox - 29 faizə qədər artaraq 4000 manatdan 5600 manata çatıb.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
501 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti