Xəzər Xəbər

158 hakimliyə namizəd müsabiqənin növbəti mərhələsinə buraxılıb

Cəmiyyət | 16:08 • 15 Sentyabr 2019
158 hakimliyə namizəd müsabiqənin növbəti mərhələsinə buraxılıb

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ilə Hakimlərin Seçki Komitəsi tərəfindən hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlərlə test imtahanı keçirilib.


DİM-dən xezerxeber.az-a verilən məlumata görə, imtahan kompüterlər vasitəsilə elektron qaydada aparılıb.


Namizədlər imtahanı bitirdikdən dərhal sonra onlara nəticələri haqqında arayış təqdim olunub. İmtahanda iştirak edən 206 namizəddən 158 nəfər müsabiqə şərtini ödəyərək – 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.

Xəbər lenti