Xəzər Xəbər

Bu ucuz məhsulla yüksək təzyiq problemi həll oluna bilər

Cəmiyyət | 15:07 • 12 Sentyabr 2019
Bu ucuz məhsulla yüksək təzyiq problemi həll oluna bilər

Bəzi qida məhsulları yüksək təzyiqi salmağa yardım edir. Bu məhsullar arasında çuğundur, soğan və sarımsaq, qoz, lobya, noxud, sarıkök və bəzi digərləri.

Amerika Kardioloqlar Assosiasiyası son araşdırmada növbəti belə məhsulu aşkar edib. Bu məhsulun danılmaz xüsusiyyəti onun ucuz və əlçatan olmasıdır. Söhbət balqabaq tumlarından gedir.

Mütəxəssislər qeyd edir ki, hər gün 1 ovuc balqabaq tumlarını yeyən insanın təzyiqi 20% qədər azalır.

Alimlərin fikrinə görə, balqabaq tumlarının bu faydalı xüsusiyyəti tərkibində olan kalium və maqneziumla izah olunur. Bu 2 maddə damarları möhkəmləndirir, ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır.

Həmçinin yağlı turşularla zəngin olan qalqabaq tumları damarlarda iltihabın qarşısını alır. İltihablaşmış damarda xolesterin yığılır ki, bunun nəticəsində damarlar daralır və zəifləyir. Bu isə öz növbəsində təzyqin artmasına səbəb olur.

Mütəxəssislər tumları təmizlənmiş deyil, qabıqlı şəkildə almağı tövsiyə edirlər. (milli.az)

Xəbər lenti