Xəzər Xəbər

Bakıda qeyri-sabit hava şəraiti nə qədər davam edəcək?

Cəmiyyət | 15:57 • 10 Sentyabr 2019
Bakıda qeyri-sabit hava şəraiti nə qədər davam edəcək?

Yaxın 2-3 gün ərzində paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu sözləri Axar.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O bildirib ki, gecə və səhər saatlarında paytaxtın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var:

"Sentyabrın 12-i gündüzədək bəzi rayonlarda qeyri-sabit hava şəraiti davam edəcək. Şimşək çaxacaq, arabir yağış yağacaq. Bəzi bölgələrdə yağıntıların leysan xarakterli olması gözlənilir.

Paytaxtda da yaxın 2-3 gün ərzində hava dəyişkən buludlu olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə saatlarında 25-28 dərəcə arasında dəyişəcək”.

Xəbər lenti