Xəzər Xəbər

Təyyarənin salonunda ən rahat yerlər hansılardır?

Cəmiyyət | 12:49 • 9 Sentyabr 2019
Təyyarənin salonunda ən rahat yerlər hansılardır?
Onun köməyi ilə bort bələdçilərinin məşğul tualetləri fövqəladə hallar zamanı açmaq imkanı var.


"Virgin Australia" aviaşirkətinin bort bələdçiləri "biznes" və "ekonom-klass" salonlarındakı ən yaxşı yerlər barədə söhbət açıblar.

XəzərXəbər AZƏRTAC-a istinadən bildirir ki, Avstraliya hava gəmisinin heyət üzvləri rahat uçuşun bəzi sirlərini açıqlayıb və "Boeing 737-800" laynerinin timsalında təyyarədəki ən yaxşı yerlər barədə məlumatı bölüşüblər. Onların sözlərinə görə, bir çox sərnişinlər laynerin qanadlarına yaxın olan yerləri seçməyə çalışırlar. Bu, burulqanlıqdan yaxa qurtarmaq məqsədilə edilir. Digərləri isə mühərrikin səsindən qaçmaq üçün pilotun kabinəsi ilə yanaşı oturmağa çalışırlar.

Ancaq "ekonom-klass"da bort bələdçiləri ən rahat yer kimi salonun tən ortasında, pəncərə qarşısında yerləşən 19F nömrəli kreslonu göstərirlər. Bu yer əl yükünün qoyulması üçün bir neçə rəfə malikdir. Buna görə də sərnişinin çantasını daha tez qoymaq üçün göyərtəyə tələsik girməsinə ehtiyac yoxdur. Bundan başqa, bu yer pəncərədən gözəl mənzərəni təmin etməklə bərabər, sizi gediş-gəlişə yaxın və ya digər iki sərnişinin ortasında məcburi oturmaqdan da xilas edəcək.

"Biznes-klass"a gəlincə, "Virgin Australia" nümayəndələrinin sözlərinə görə, burada da daha yaxşı yerlər mövcuddur. Sərnişinlərə 2A nömrəli kreslonu seçmələri məsləhət görülür. Prioritet eniş və bütün "biznes-klass" sərnişinləri üçün nəzərdə tutulan baqaja əlavə yerlə yanaşı, bu kreslo birinci sıraya nisbətən bir az xüsusilik təmin edir. Bununla yanaşı, 1 nömrəli sıra tualet və mətbəxin yanında yerləşir ki, bu da xoşagəlməz qoxunun hiss edilməsi kimi narahatlıqları istisna etmir.

Daha bir üstünlük qanadların mane olmadığı illüminatordan açılan gözəl mənzərədir. Bort bələdçiləri qeyd edirlər ki, onların bu "sirləri" bölüşmələrindən digər aviaşirkətlərin sərnişinləri də yararlana bilərlər.

Daha əvvəl Böyük Britaniyanın "The Sun" qəzetinin ekspertləri uçuşu daha rahat edən təyyarədəki bəzi gizli düymələr və funksiyalar barədə danışıblar. Məsələn, gediş-gəlişin yanındakı qoltuqaltı tamamilə hərəkətsiz görünə bilər. Əslində, bu, belə deyil. Onun altında şarnirlə yanaşı kreslonun söykənəcəyində gizli düymə yerləşir ki, onun vasitəsi ilə qoltuqluğu qatlamaq mümkündür. Bu funksiya sizin yerinizi genişləndirəcək və masa aşağı salındıqdan sonra oturacaqdan rahat qalxmağınıza kömək olacaq.

Əgər sizə yatmış sərnişinlərin başaltılarının söykənəcəyindən tutmadan salondan keçmək lazımdırsa, bir çox təyyarələrdə bundan ötrü tutacaqlar quraşdırılıb. Bunlar əl yükü üçün nəzərdə tutulan yuxarı yeşiklərin haşiyəsində yerləşir. Təyyarədə, həmçinin tualetin açılması üçün qəza düyməsi də var. Onun köməyi ilə bort bələdçilərinin məşğul tualetləri fövqəladə hallar zamanı açmaq imkanı var. Əksər hallarda bu düymə "siqaret çəkmək qadağandır" yazısı olan qapağın arxasında yerləşir.


Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti