Xəzər Xəbər

Diqqət! Nazirlik avtomobilləri saxlayıb, bunu yoxlayır

Cəmiyyət | 14:24 • 21 Avqust 2019
Diqqət!

Atmosfer havasını çirkləndirən sürücülərə iki dövlət qurumu tərəfindən xəbərdarlıq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, nazirliyin Regional Ekologiya İdarələri Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə ölkə ərazisində "Təmiz hava aylığı” ilə bağlı aksiyaları davam etdirir. Avqustun 1-dən başlayan tədbirlər çərçivəsində avtomobillərin ixrac etdiyi zərərli qazların miqdarı yoxlanılır və maarifləndirici tövsiyələr verilir. Yoxlamalar bu ayın sonuna qədər davam edəcək.

"Təmiz hava aylığı” ilə bağlı keçirilən reydlər zamanı avtomobillər iki nazirliyin əməkdaşları tərəfindən polis postlarında saxlanılır və zərərli qazların miqdarı yoxlanılır. Havaya normadan artıq tullantı atan avtomobillərin sürücülərinə maarifləndirici məlumatlar verilir.

ETSN sürücülərə tövsiyə edir ki, həm sağlamlıq, həm də ətraf mühitin qorunması üçün avtomobillərini saz vəziyyətdə saxlasınlar.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
520 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti