Xəzər Xəbər

Dövlət Agentliyi: Tibbi xidmətlərin tariflərinin araşdırılması üzərində işlər yekunlaşıb

Cəmiyyət | 10:27 • 11 İyul 2019
Dövlət Agentliyi: Tibbi xidmətlərin tariflərinin araşdırılması üzərində işlər yekunlaşıb

"Hazırda əhalinin icbari tibbi sığorta sahəsində yararlana biləcəyi xidmətlərin toplusu hazırlanır”.


Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” tvininq layihəsinin bağlanış mərasimində deyib.


O bildirib ki, bundan əlavə, tibbi xidmətlərin tariflərinin araşdırılması üzərində işlər yekunlaşıb.


Z. Əliyev qeyd edib ki, qarşıya qoyulan mühüm məsələlərdən biri də səhiyyə işçilərinin gəlirlərinin əmək bazarının tələblərinə uyğunlaşdırılmasıdır: "Bununla bağlı normativ hüquqi aktlar hazırlanıb və razılaşdırılması üçün müvafiq qurumlara göndərilib”. (APA)

Rubrikanın digər xəbərləri

Xəbər lenti