Xəzər Xəbər

Yaşlı qadınlar tonusu saxlamaq üçün gündə 7,5 min addım atmalıdır

Cəmiyyət | 14:20 • 12 İyun 2019
Yaşlı qadınlar tonusu saxlamaq üçün gündə 7,5 min addım atmalıdır

İntensivliyinə görə orta fiziki yüklənmə, o cümlədən həftə ərzində 150 dəqiqə gəzinti yaşlı insanlara dünyanın bir çox ölkələrində tövsiyə edilir.


AZƏRTAC "The New York Times” qəzetinə istinadla xəbər verir ki, bu barədə tövsiyələr fiziki aktivliyin insan səhhətinə təsirini araşdıran tədqiqatın nəticələrinə əsaslanır. Bəzi mütəxəssislər isə fiziki yüklənmənin dəqiqələrlə ölçülməsini düzgün hesab etmirlər. Harvard Universitetinin professoru Ay-Min Li qəzetə müsahibəsində bildirib ki, yaşlı qadınlar üçün fiziki yüklənməni onların atdıqları addımların sayı ilə ölçmək daha dəqiq olardı.


"Journal of American Medical Association” qəzetində dərc olunan yeni tədqiqatda professor Li və onun həmkarları tonusun saxlanması üçün lazım gələn addımların sayını aydınlaşdırmağa çalışıblar. Onlar əksəriyyəti yaşı 70-ə çatmış 17 min qadın üzərində müşahidələrin nəticələrini tədqiq edərək belə qənaətə gəliblər ki, vaxtsız ölüm riski ehtimalını azaltmaq üçün gün ərzində 7,5 min yüngül gəzinti addımı atmaq kifayət edər. Az hərəkətli həyat tərzi keçirən qadının gün ərzində atdığı təxminən 2,7 min addım vaxtsız ölüm riskinin qarşısını almır.


Professor Li gündə 10 min addımın atılmalı olduğu barədə populyar mülahizənin elmi tədqiqatlar vasitəsilə təsdiqini tapmadığını da qeyd edib.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti